Rusiyalı müğənni Timati ikinci dəfə ata olacaq.
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, reperin 22 yaşlı sevgilisi Anastasiya Reşetovanın hamilə olduğu iddia olunur. Cütlük özü hələlik bu barədə heç bir məlumat verməyib.
Qeyd edək ki, bu günlərdə Timatinin anası Simona Yunusova nəvəsi Alisanın bacı arzuladığını yazmışdı.
Timati və Anastasiya 2015-ci ildən görüşürlər. Model reperin iki klipində rol alıb.
7News.Az











