Səs-küy salan kirayənişinə xəbərdarlıq edən ev sahibi 53 yaşlı qadının elə onun tərəfindən zorlanıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Belə ki, kirayənişin 30 yaşlı İbrahim Yener öncə duş qəbul etmək üçün isti su olmaması bəhanəsilə qadını yaşadığı mənzilə çağırıb. Kömək üçün gələn ev sahibi 53 yaşlı Nefise Dolapça ona başqa adama müraciət etməsini bildirib. Bunun ardından Yener musiqinin səsini qaldıraraq qadının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Törətdiyi əməldən qorxan cinayətkar nişanlısına zəng vuraraq bir müddət Beylikdüzü bölgəsindəki Suriyalı kazarmada qalacağını bildirib.
Aparılan istintaq, əməliyyat- axtarış nəticəsində kirayənişin Yenerin mərhum mənzil sahibi Nefise Dolapçanı öldürməzdən əvvəl ona təcavüz etdiyi ortaya çıxıb. İstintaq materialları arasında hətta, qadının gödəkçəsinin təcavüz nəticəsində müqavimət göstərdiyi üçün cırıldığı da təsdiqini tapıb.








