"Toppuş bacı" kimi tanınan aktrisa Tünzalə Əliyeva aparıcı Arzu Həmzəyevanın göndərdiyi min manatı geri qaytarmaq qərarına gəlib.
Aktrisa qərarını belə izah edib:
"Əzizim Arzu xanım, sosial şəbəkədə yazmısınız ki, Tünzalənin pulu niyə yığdığını bilmədim. Sənin pulun sabah burada olacaq. Mən bir də ana ola bilməyəcəyəm. Tək övlad böyüdürəm. Mənə halallıq verən insanların puluyla alınan evdə uşağımı böyütmək istəyirəm".
Qeyd edək ki, sözügedən aksiyanın aktrisanın müalicəsi üçün başladıldığı açıqlansa da, sonradan Əliyevanın ipoteka borcunu ödəmək üçün belə addım atdığı məlum olmuşdu./ölkə
7News.Az








