RU
Tovuzda 65 yaşlı qadın qətlə yetirilib, qardaşı oğlu tutulub- YENİLƏNİB
15:00
21

Tovuzda 65 yaşlı qadın qətlə yetirilib, qardaşı oğlu tutulub- YENİLƏNİB

Tovuzda güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Qətlə yetirilən şəxsin 1961-ci il təvəllüdlü M.İsayeva olduğu bildirilir.

İlkin məlumata görə, qətl onun qardaşı oğlu - 1997-ci il təvəllüdlü Ülvi İsayev tərəfindən törədilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

***

13.25

Tovuzda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən şəxs qadındır, qohumu qətli törətməkdə şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ