Toylarda "yengə"lərə ehtiyac varmı? - AÇIQLAMA

Toylarda
Uzun illər ərzində " Yengə" Azərbaycan xalqının toy mədəniyyətinin ayrılmaz atributlarından biri olub. Onların kimliyi və vəzifəsi barədə olduqca çox mənbədən və şəxsi müşahidələrindən hamının az- çox məlumatı var. Bəs, bu fenomenin yaranma səbəblərini hansı amillər və ya hansı tarixi- sosial mühit şərtləndirib? "Yengə"nin icra etdiyi funksiyaya hazırda ehtiyac varmı?

Sonxeber.az məsələylə bağlı psixoloq, mütəxəssis Ofelia Əliyevanın fikirlərini öyrənib.

"Məsələnin izahına günümüzdən bir misalla başlamaq istəyirəm. Günü – gündən inkişaf edən dünyada dayanmadan yeni peşə sahələri və onların icraçısı insanlar meydana gəlir. İnkişaf edən texnalogiya, tibb, İT və s. Sahədə əvvəllər eşitmədiyimiz bir çox peşə adlarına rast gəlirik. Deməli, hər hansı bir sahə yetərli olmur və insanların tələbatlarını ödəmir ki, biz ona uyğun yenə peşələr formalaşdırırıq. Yengə fenomeninin də formalaşması məhz belə bir etnopsixoloji amili istisna etmir. Məlumdur ki, Azərbaycan xalqının etnopsixologiyasında "namus", "qeyrət", "ailə" dəyərləri olduqca vacib rol oynayır. Araşdırmalar zamanı ilk "Yengə" fenomeninin nə zaman yaranmasına dair bir nümunə tapmaq çox çətindir. Çünki bu ad həmçinin dayı arvadı, əmi arvadı mənasına da gəlir. Amma ümumi psixologiya nöqteyi-nəzərindən yanaşsaq, informativ və requlyativ (sosial norma) funksiyanı daşıyır. Yəni əvvəlki dövrlərdə insanların intim həyat anlayışı haqqında informasiya əldə edə biləcəkləri mənbələri yox idi. Xüsusilə də qadınların. Elə bu səbəbdən də "Yengə" informasiya verici funksiyanı daşıyırdı. Bu sahədə bildiklərini Toy gününün mahiyyətini, qadının və kişinin funksiyalarını izah etməklə onları məlumatlandırırdı. Toy günü isə requlyativ funskiyasını daşıyır sosial normalara uyğun olaraq qızı qiymətləndirirdi.

Amma günümüzdə fikir versək, bu atribut artıq toylarda yavaş- yavaş öz aktuallığını itirir. Elə bunun açıqlamasına da günümüzə yuxarıda qeyd etdiyimiz iki funksiyanın itməsidir. İnformativ funksiya-informasiya mənbələrinin çoxluğu və intim münasibət haqqında evlənən cütlüklərin artıq evlənməzdən öncə məlumatlı olması bunun başlıca səbəblərindən biridir. Günün bir neçə saatını internetə və ya kitablara ayıran, dünyagörüşü normada olan hər bir fərd artıq bu barədə məlumatlıdır. Həmçinin, bütün dünyada eləcə ölkəmizdə "seksoloji maarifləndirmə" funksiyasını artıq həkimlər yerinə yetirərək, bir baxım desək, artıq "yengəlik mədəniyyəti"nin süqutuna zəmin yaratmışdır. Yəni artıq bu funksiya öz aktuallığını itirmişdir.

Digər funksiyası requlyativ yəni sosial normalar sistemi ilə yanaşılması hal-hazırda bəzi yerlərdə qalsa da bir çox yerdə artıq o da öz aktualığını itirməkdədir. Çünki əvvəllər partnyorların (gəlin və bəyin) bir – birini tanıması və vaxt keçirməsi o qədər də mümkün olmurdu. Günümüzdə isə bu daha fərqlidir. İnsanlar özlərini, tələbatlarını anlayır, buna uyğun şəkildə bir – birini tanıyır və bir çox fərqli mövzularda fikir mübadiləsi edirlər. Məhz bu səbəbdən də artıq bu funksiyada aktuallığını itirir və ikili arasında müzakirə obyekti olduğu üçün problem situasiya yaranmır. Bu insanlar arasında ünsiyyət vasitələrinin artması, həmçinin ünsiyyətin xarakterinin də keçmişlə müqayisədə dəyişməsindən asılı olan bir amildir."

Toylarda "yengə"lərə ehtiyac varmı? - AÇIQLAMAPsixoloq hazırda bu funksiyanı icra edilməsinin aktuallıqdan düşdüyünü vurğulayıb:

"Günümüzdə daha çox bu valideynlərin tələbi ilə formalaşdırılsa da, artıq ailələrin qurulmasında valideynlərə daha sonrakı məqamda müraciət olunması toyda aparıcı rolu bəy və gəlinin oynaması (əvvəllər yengələr rol oynayırdı) "yengə" atributunu yavaş-yavaş sıradan çıxarılmasına səbəb olur. Son nəticədə isə yuxarıdakıların qısa xülasəsi olaraq, Yengə güvən və ya güvənsizliyi ölçmək funksiyasının daşıyıcısı kimi qiymətləndirmək yox, sosial normaların və informativ funksiyanın yerinə yetirilməsi tələbatından yaranmışdır. Günümüzdə isə, istər valideyinlər, istərsə də partnyorlar arasında ünsiyyətin xarakterinin dəyişməsi nəticəsində aktuallığını itirən bir fenomen halına gəlmişdir."

7News.Az

Xəbər lenti