RU
Tramp İranla bağlı iddiaları təkzib etdi: “Bu, mənim üçün əhəmiyyət daşımır”
13:00
21

Tramp İranla bağlı iddiaları təkzib etdi: “Bu, mənim üçün əhəmiyyət daşımır”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranı danışıqlar masasına qaytarmağa çalışdığı barədə ABŞ mediasında yayılan məlumatları təkzib edib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp sosial media hesabında məsələ ilə bağlı paylaşım edib. O, ABC News-un ABŞ administrasiyasının Tehranı danışıqlara cəlb etməyə çalışdığı barədə yaydığı məlumatın doğru olmadığını bildirib.

ABŞ prezidenti İranın ABŞ üçün "dəyərsiz” hesab etdiyi bir razılaşmanı imzalayıb-imzalamamasının onun üçün əhəmiyyət daşımadığını qeyd edib.

Tramp həmçinin ABŞ-ın hazırkı strateji mövqeyinin daha güclü olduğunu iddia edib. Onun sözlərinə görə, Hörmüz boğazı demək olar ki, tam nəzarət altındadır.

ABŞ prezidenti İran iqtisadiyyatının çökmə mərhələsində olduğunu və Tehran rəhbərliyinin qaçılmaz olanı yalnız təxirə salmağa çalışdığını da irəli sürüb.

Tramp paylaşımının sonunda İran xalqına müraciət edərək bu sualı verib:

"İran xalqı nə vaxt ayağa qalxıb döyüşəcək?”

Trampın açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda səslənib.
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ