RU
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
11:50
30

Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir

ABŞ Prezidenti Donald Tramp mediaya məxfi məlumat sızdıran məmurların güllələnməli olduğunu deyib.

7News.Az yerli KİV-ə istinadən xəbər verir ki, Tramp seçki mitinqində çıxışı zamanı məxfi məlumatların sızdırılmasını sərt şəkildə pisləyib.

"Fikrimcə, məlumat sızdıranlar güllələnməlidir. Təsəvvür edin, onlar başqa ölkəyə nə vaxt hücum edəcəyinizi açıqlayırlar”, – Tramp bildirib.

ABŞ Prezidenti İranı vurmaq üçün planlaşdırılan əməliyyatı məlumat sızdırılması səbəbindən ləğv etməli olduğunu deyib.

"Biri məlumatı sızdırdı. Belələrinin yeri həbsxanadır, hətta güllələnə bilərlər. Onlar ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirməlidirlər”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Missuri ştatından saat 12:07-də yola düşəcəyi barədə məlumat "The New York Times" və CNN-də yayımlanıb.

"Məlumat sızdıranlarla çox, çox sərt davranmaq lazımdır", – Tramp əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ