RU
Tramp robotların üsyanı ehtimalından danışdı
14:30
18

Tramp robotların üsyanı ehtimalından danışdı

"Süni intellekt (Sİ) texnologiyalarının inkişafı bəşəriyyət üçün faydalı olacaq və robotların üsyanı insanlar üçün təhlükə yaratmır".

Bunu ABŞ Prezidenti Donald Tramp "GB News" kanalına verdiyi müsahibə zamanı deyib:

O, robotların qiyamı ehtimalı ilə bağlı verilən sualı cavablandırarkən qeyd edib: "Bu, əyləncəli olacaq. Onları dayandırmaq üçün əlimizdə hər zaman nəsə var. Məsələn, hər hansı bir kiçik cihaz".

ABŞ liderinin sözlərinə görə, Sİ-nin təkamülünə böyük nikbinliklə yanaşmaq lazımdır. O hesab edir ki, televiziya və ya radio kəşflərində olduğu kimi, süni intellekt də insanlığa xidmət göstərəcək və çox sayda yeni iş yerinin yaranmasına səbəb olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ