7News.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Böyük Britaniyanın Folklend adaları üzərindəki suverenliyi ilə bağlı mövqeyinə yenidən baxa bilər. Bu bəyanat Vaşinqtonun Londonu müdafiə xərclərini artırmağa məcbur etmək məqsədilə Folklend siyasətini dəyişməyi nəzərdən keçirdiyinə dair məlumatların ardınca səslənib.








