RU
Türk Şurası Türkiyəyə başsağlığı verib
20:50
441

Türk Şurası Türkiyəyə başsağlığı verib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyəyə başsağlığı verib.

Bu barədə Türk Şurası "Twitter" hesabında paylaşım edib.

"Ev sahibi ölkəmiz Türkiyənin Qara dəniz bölgəsinin qərbində şiddətli yağışlardan sonra meydana gələn sel və sürüşmə fəlakəti ilə bağlı dərin kədərimizi ifadə edir, həyatını itirənlərə Allahdan rəhmət diləyir, qardaş Türk xalqına başsağlığı verir, bölgədə yaşayan insanlara keçmiş olsun diləklərimizi çatdırırq", - Türk Şurası bildirib.

Qeyd edək ki, sel fəlakətindən Kastamonunun 8 rayonu sel suları altında qalıb.

Dağıntıya məruz qalan Kastamonu, Sinop və Bartın vilayətlərinin rayonlarında xilasetmə tədbirləri davam edir.

Kastamonu vilayətindəki sel fəlakətində 100-dən çox itkinlə bağlı müraciət olub.

Sel fəlakətindən Kastamonuda 25, Sionopda 2 nəfər ölüb, Bartında bir itkin axtarışdadır./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ