RU
Türkiyə Litvaya Bayraktar TB2 hədiyyə etdi
20:50
220

Türkiyə Litvaya Bayraktar TB2 hədiyyə etdi

Mayın sonunda  Litva hökuməti yardım kampaniyası başladaraq Ukraynaya  göndərmək üçün  Bayraktar alacaqlarını açıqlamışdı. 

Bayratkatın alınması üçün ötən gün  Türkiyə ilə Litva arasında  saziş imzalanıb.

Litvanın müdafiə nazirinin müavini Vilius Semeska və onu müşayiət edən nümayəndə heyəti BAYKAR-da olub. Baykar Texnologiya Lideri Selçuk Bayraktar və Baykar baş direktoru Haluk Bayraktar Litvadan gələn heyəti qarşılayıb.
BAYKAR-ın rəsmi Twitter hesabında Litvanın müdafiə nazirinin müavini Vilius Semeska və onu müşayiət edən nümayəndə heyətinin səfəri ilə bağlı paylaşım edilib.
Onun "Twitter” hesabından paylaşımı təqdim edirik:

"Müdafiə nazirinin müavini Vilius Semeskadan Litva xalqının həssas kampaniyasının uğurla başa çatdığını öyrəndik. Litvaya 1 BayraktarTB2 verəcəyik. Toplanan bütün ianələrin Litva tərəfindən Ukraynaya humanitar yardım olaraq göndərilməsini xahiş edirik”./olke

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ