RU
Türkiyə MİT-dən əməliyyat: Nazlı Taşpınar öldürüldü- FOTO
23:10
1053

Türkiyə MİT-dən əməliyyat: Nazlı Taşpınar öldürüldü- FOTO

Qırmızı bülletenlə axtarılan PKK/KCK-nın "mərkəzi komitə üzvü” Nazlı Taşpınar Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı qüvvələrinin birgə əməliyyatı ilə İraqın Qara bölgəsində zərərsizləşdirilib.

 "Emine Erciyes" koda adlı N. Taşpınar 1994-cü ildə təşkilata qatıldıqdan sonra Abdullah Öcalandan şəxsi təhsil alıb. Təhsil aldıqdan sonra təşkilat daxilində müxtəlif idarəçilik səviyyələrində iştirak edib, terror aktlarını idarə edib, xüsusilə qadın terrorçuların hazırlanmasında mühüm rol oynayıb.

Suriyada olarkən təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən tədbirlərlə bağlı göstəriş verən N. Taşpınar 2019-cu ildə təşkilatın silahlı ünsürlərinin qərargahı olan Qara bölgəsinə keçib.

Təşkilatda kritik vəzifələr daşıyan N. Taşpınar eyni zamanda, PKK-nın ifrat solçu təşkilatlarının formalaşdırdığı terror hərəkatı Xalqların Birləşmiş İnqilabi Hərəkatının (HBDH) liderlərindən biri olub.

MİT-in təşkilati idarəetmə səviyyələrini neytrallaşdırmaq səyləri çərçivəsində təqib edən Nazlı Taşpınarın Qaradakı yeri sahə agentləri tərəfindən müəyyən edilib.

N. Taşpınarın da zərərsizləşdirilməsi ilə PKK-nın Xalqların Birləşmiş İnqilabi Hərəkatındakı fəaliyyəti məhdudlaşıb. 

Bundan başqa, N. Taşpınarın zərərsizləşdirilməsi ilə təşkilatın qadın strukturunun mənəvi cəhətdən çökdüyü bildirilir./olke


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ