RU
Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib
00:30
243

Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ