İraqın şimalındakı "Pençe Kilit" əməliyyatı zonasında Türkiyə ordusunun terrorçularla mayın 27-də baş verən atışmada yaralanan hərbçisi dünyasını dəyişib.
Bu barədə 7News.Az "Haber Global”a istinadən xəbər verir.
Qeyd edilir ki, yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.








