RU
Türkiyə polisi iki azərbaycanlıya görə əməliyyat keçirdi
12:00
245

Türkiyə polisi iki azərbaycanlıya görə əməliyyat keçirdi

Türkiyədə polis iki azərbaycanlıya görə əməliyyat keçirib. 

Yanvarın 12-də Burdur şəhər polisi Bucak Respublika Prokurorluğu ilə koordinasiyalı olaraq Karayvatlar məhəlləsində yaşayan Azərbaycan əsilli S.H. və E.P. adlı şəxslərin yaşadığı evlərdə əməliyyat keçirilib. 

Onların yaşadğı ünvanda aparılan məhkəmə-tibbi ekspertiza nəticəsində 5500 dollar (55 ədəd 100 dollar) saxta əskinas götürülüb.

Respublika prokurorunun qərarı ilə S.H. və E.P. adlı şəxslər təhvil verildikləri ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ