RU
Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edib
22:30
1824

Türkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Bunu M.Çavuşoğlu tviter səhifəsində yazıb.

Tərəflər regional və beynəlxalq məsələləri, o cümlədən Ukrayna taxılının dünya bazarına ixracını müzakirə ediblər.

"Taxıl ixracının daimi atəşkəsə səbəb olub-ola bilməyəcəyini müzakirə etdik. Bu barədə mövqelərimizi ortaya qoyduq", - M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə XİN başçısı Kamboca Krallığında səfərdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ