RU
Türkiyədə binanın uçmasına görə 4 nəfər saxlanıldı
12:50
270

Türkiyədə binanın uçmasına görə 4 nəfər saxlanıldı

Malatyada ikimərtəbəli binanın çökməsi ilə əlaqədar olaraq 4 nəfər saxlanılıb.

7News.Az "Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər sözügedən binanın birinci mərtəbəsində təmir işləri etdirən iş adamı və 3 işçisidir. 

Təmir işlərinin qanunsuz olaraq həyata keçirildiyi müəyyən edilib. Hazırda insidentlə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərinin İnönü rayonunda ikimərtəbəli bina uçub. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ