RU
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb, yüzlərlə insan təxliyə edilib
21:52
688

Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb, yüzlərlə insan təxliyə edilib

Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.

7NEWS.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayonda 110 təsərrüfatdan 450 nəfər təxliyə edilib.

Güclü küləyin təsiri olduğu bölgədə Adana, Antalya, Karaman və Konyadan gələn qruplar, təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir.

Yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500 canlı qüvvə cəlb olunub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ