Türkiyənin Kocaeli vilayətinin Qebze rayonunda baş verən yol qəzasında iki nəfər ölüb.
Qəzada yaralanan 20 nəfərdən birinin isə vəziyyəti ağırdır.
Qeyd edək ki, bu gün tələbələri daşıyan mikroavtobus yoldan keçən qadını vuraraq, yoldan çıxıb və dərəyə yuvarlanaraq çevrilib.
Həkimlərin yaralanan qadının və tələbələrdən birinin həyatını xilas etmək cəhdləri baş tutmayıb.
16:13
Türkiyədə Kocaelinin Qebze rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tələbələri daşıyan mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində mikroavtobusdakı 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı müxtəlif xəstəxanalara çatdırılıb./apa
7NEWS.Az








