Türkiyənin Şanlıurfa vilayətinin Siverek bölgəsindən keçən neft borusunda dəlik əmələ gəlib.
"Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, nəticədə neft kəmərindən çıxan "qara qızıl” bir neçə metr hündürlüyə fontan vurub.
Hadisə yerinə çağırılan polis və xilasetmə qrupları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Həmçinin qeyd olub ki, neft ətrafda olan qarğıdalı tarlasına da zərər vurub.
7NEWS.Az








