Türkiyənin Denizli şəhərinin Çardak rayonu yaxınlığında Rusiyaya məxsus yanğınsöndürmə helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, daha 5 insan yaralanıb.
7NEWS.Az "Anadolu"ya istinadən xəbər verir ki, 7 ekipaj üzvündən 5-i türk, 2-si rus olub.
Qəzaya uğrayan helikopterin Muğlanın Marmaris bölgəsindəki meşə yanğınının söndürülməsi işlərinə dəstək vermək üçün yola düşdüyü bildirilir.
18:02
Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı yanğınları söndürməyə çalışan Rusiyaya aid helikopter qəzaya uğrayıb.
7NEWS.Az İHA-ya istinadən xəbər verir ki, helikopter Denizli şəhərinin Çardak rayonuna düşüb.
Məlumata görə, hadisə nəticəsində göyərtədəki 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
7NEWS.Az








