RU
Türkiyədə sel 5 nəfərin ölümünə səbəb olub
15:50
674

Türkiyədə sel 5 nəfərin ölümünə səbəb olub

Türkiyənin şimalında baş verən daşqınların fəsadları artmaqdadır.

7News.Az Trend-ə istinadən bildirir ki, Kastamonu vilayətində 4 nəfər həyatını itirib.

Ötən gün Bartın vilayətində 1 nəfər daşqınların qurbanı olmuşdu. Bundan başqa, Bartında ötən gün itkin düşmüş bir nəfərin axtarışları davam etdirilir.

Daşqınlar ümumilikdə Bartın, Kastamonu və Sinop bölgələrində ciddi dağıntılar və fəsadlar törədib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ