RU
Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı
13:00
790

Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 38-ə çatıb.

7News.Az xəbər verir ki, bu haqda Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter” səhifəsində yazıb.

O bildirib ki, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Nazirin sözlərinə görə, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstənin 38-si Sinop şəhər xəstəxanasına, digərləri evlərinə köçürülüb.

Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ