RU
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, onlarla xəsarət alan var
23:00
224

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, onlarla xəsarət alan var

Türkiyənin Antalya şəhərində rumıniyalı turistləri daşıyan mikroavtobus aşıb.

Hadisə Antalyanın Korkuteli rayonunda Esentepe qovşağında qeydə alınıb.

Qəza nəticəsində biri ağır olmaqla 22 nəfər xəsarət alıb.

Dənizlidən Antalyaya gedən mikroavtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxdığı deyilir.

Qəzadan sonra qısa müddətə bağlı qalan Fethiye-Korkuteli yolu ikinci dərəcəli yoldan nəqliyyata açılıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ