RU
Türkiyəli məşhurun toyu oldu: Gəlinə kiloqramlarla qızıl taxıldı
20:09
23

Türkiyəli məşhurun toyu oldu: Gəlinə kiloqramlarla qızıl taxıldı

Türkiyəli fenomen Çağla Öz və Kara Haydarın toyu dəbdəbəsi ilə gündəmə gəlib.

Aşirət toyunda bəy tərəfinin gəlinə hədiyyə etdiyi kiloqramlarla qızıl mərasimə qatılanların diqqətini çəkib. Toyda azərbaycanlı bloqerlər Arifə və Fidan da iştirak ediblər.

Mərasim zamanı Çağla Özə çoxsaylı qızıl bilərziklər taxılıb. Lakin onların sayı o qədər çox olub ki, gəlinin qollarına yerləşməyib.

Bunun ardınca bilərzikləri gəlinə təqdim etmək üçün fərqli üsuldan istifadə olunub. Qollarına sığmayan qızıl bilərziklər qalın qızıl zəncirə düzülərək Çağla Özün boynundan asılıb.

Toydan yayılan görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub və istifadəçilər arasında geniş müzakirə edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ