RU
Türkiyənin ən məşhur aparıcısı Azərbaycanda
11:54
1860

Türkiyənin ən məşhur aparıcısı Azərbaycanda

“Çox etibarlı şəhərdir, gecə yarısı küçədə necə istəyirsən gəzə bilərsən”.

Türkiyənin ən məşhur və sevilən aparıcısı Müge Anlı Azərbaycanda qonaq olub. 

7News.az xəbər verir ki, aparıcı bu barədə ATV-də yayımlanan “Müge Anlı ilə Tatlı sert” verilişində məlumat verib.

“Sevgi izi” layihəsinin ilk çəkilişini Bakıda edən teleparıcı tamaşaçılarla təəssüratlarını bölüşüb:

“Sevimli tamaşaçılar, sizə Azərbaycandan sevgi gətirdik. Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın dəvəti ilə getmişdik.

Hər kəsə Bakıya getməyi məsləhət görürəm. Çox etibarlı şəhərdir, gecə yarısı küçədə necə istəyirsən gəzə bilərsən. Küçəyə zibil atmırlar. Gözəl sahillər, parklar var. Möhtəşəm memarlıq işləri, eyni rəngdə binalar var. Şəhidlər Xiyabanında olduq. Dilimiz də eynidir, özümüzü yad yerdə hiss etmədik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ