RU
Türkiyənin ən yaxşıları seçildi - Siyahı + FOTOLAR
11:23
547

Türkiyənin ən yaxşıları seçildi - Siyahı + FOTOLAR

Türkiyədə "Altın kelebek" mükafatının təqdimetmə mərasimi baş tutub.

7News.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, artıq mükafatın sahibləri bəlli olub.

Ötən mövsümün ən yaxşı serialı: "Diriliş Ertuğrul"



Ən yaxşı qadın aktrisa: Burçin Terzioğlu. Aktrisaya mükafatı Türkan Şoray təqdim edib.



Ən yaxşı kişi aktyor: İlker Kaleli



Ən yaxşı uşaq roluna görə mükafata Beren Gökyıldız da layiq görülüb. O, mükafatı ötən ilin ən yaxşı uşaq aktyoru seçilən Ataberk Mutlunun əlindən alıb.



İlin media xəbərini - 15 iyul barədə məlumat verən Hande Fırat da mükafat alıb.



Ən yaxşı aparıcı isə Beyazit Öztürk seçilib.



Ən yaxşı qadın aparıcı - Müge Anlı



Ən yaxşı serial cütlüyü - Furkan Arndıç və Leyla Lydia 



İlin ən yaxşı komediya serialı - "Kiralık aşk"



Ən yaxşı komediya serialının qadın aktrisası - Elçin Sangu və ən yaxşı komediya serialının kişi aktyoru - Barış Arduç

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ