RU
Türkmənistan ilə İran arasında 9 sənəd imzalanıb
17:00
168

Türkmənistan ilə İran arasında 9 sənəd imzalanıb

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov və İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə dövlətlər arasında müxtəlif sahələr üzrə 9 Anlaşma Memorandumu imzalanıb və dövlət başçılarının birgə bəyanatı qəbul edilib.

7News.Az xəbər verir ki, imzalanan sənədlər arasında Türkmənistan və İranın bir sıra regionları, habelə dövlət qurumları arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar əməkdaşlığa dair sənədlər də var.

Xatırladaq ki, Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov İranda ikigünlük səfərdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ