RU
Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub
14:50
69

Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub

İyulun 7-nə keçən gecə Ukrayna ordusu Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus 8 yanacaq tankeri, bir quru yük gəmisi və bir bərə aşkar edərək vurub.

Bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında məlumat və zərbələrin video görüntüsünü paylaşıb.

Brovdi qeyd edib ki, vurulan bütün tankerlər beynəlxalq sanksiyalar altındadır və 2006–2012-ci illərdə inşa edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ