RU
Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir
15:50
27

Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir

Verilən proqnozlara görə, qarşıdakı iki gün ərzində Günəşin alışma aktivliyi zəif və orta səviyyələrdə dəyişəcək, eyni zamanda, ən güclü hesab edilən X sinif partlayışların baş verməsi də istisna olunmur.

Bu barədə Tətbiqi Geofizika İnstitutunun TASS-a verdiyi açıqlamada vurğulanıb.

"İyul ayının 7-si və 8-də Günəş səthindəki aktivliyin aşağı və orta həddə olacağı, həmçinin X sinfinə məxsus alışmaların mümkünlüyü gözlənilir", - deyə qurumun məlumatında bildirilir.

Qeyd edək ki, Günəşdəki alışmalar rentgen şüalanma intensivliyinə görə beş əsas sinfə ayrılır: A, B, C, M və X. Ən zəif göstərici olan A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücü ilə xarakterizə edilir. Hər bir sonrakı hərfə keçid zamanı bu güc on dəfə çoxalır. Sözügedən alışmalar, adətən, Günəş plazmasının atılması ilə müşayiət edilir və bu plazma buludları Yer planetinə çatdıqda geomaqnit qasırğaları yarada bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ