400 suriyalı muzdlu döyüşçü hərbi əməliyyatlara qatılmaq üçün Rusiyaya gəlib.
7NEWS.Az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda Suriyada muzdlu döyüşçülərin qəbulu üçün mərkəzlər açıldığı, son günlərdə 1000-dən artıq muzdlu döyüşçünün qeydiyyata alındığı bildirilib.
Ukrayna tərəfi ilk 400 döyüşçünün Rusiyanın Ukrayna ilə sərhəd Rostov vilayətində və Belarusun Qomel vilayətinə yerləşdirildiyini açıqlayıb.
7NEWS.Az








