Ukrayna Prezidenti Vladimir Zelenskinin fərmanı ilə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyalar barədə qərarı qüvvəyə minib.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, sanksiyalara məruz qalanlar arasında Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenko da var.
Ukrayna ona qarşı 10 il müddətinə 13 məhdudiyyət, o cümlədən bank hesablarının dondurulması və Ukraynada torpaq sahəsi almaq qadağası tətbiq edib.
7NEWS.Az








