RU
Ukrayna məhkəməsi Poroşenkonun saxlanılması barədə qərar çıxarıb
21:20
762

Ukrayna məhkəməsi Poroşenkonun saxlanılması barədə qərar çıxarıb

Ukrayna məhkəməsi keçmiş Prezident Petro Poroşenkonun saxlanılması barədə qərar çıxarıb.

7NEWS.Az-ın "Ukrainian News"a istinadən verdiyi xəbərə görə, Kiyevin Peçersk Rayon Məhkəməsi müvafiq qərarı verib.
Bildirilib ki, məhkəmə Poroşenkonun həbsi ilə bağlı vəsatətə baxılmasından ötrü onun məhkəməyə gətirilməsi üçün saxlanılmasına razılıq verib.

Qeyd edək ki, keçmiş Prezident dövlətə xəyanətdə ittiham olunur. O, hazırda Polşadadır və yanvarın ortalarında Ukraynaya qayıdacağını bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ