RU
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
14:41
29

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə hücum edib.

"İnterfax”ın xəbərinə görə, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Krım yarımadasında yerləşən Sevastopol şəhərinə dron hücumunda isə bir nəfər ölüb və 3 nəfər yaralanıb.

Ötən sutka ərzində, Belqoroda ümumilikdə 86 hücum qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ