RU
Ukrayna oğurlanmış taxılla yüklü Rusiya gəmisinin İsrail limanında lövbər salmasına görə qəzəblidir
14:30
42

Ukrayna oğurlanmış taxılla yüklü Rusiya gəmisinin İsrail limanında lövbər salmasına görə qəzəblidir

Ukrayna oğurlanmış taxılla yüklü Rusiya gəmisinin Hayfa limanında lövbər salmasına görə qəzəblidir.

Bunu Ukraynanın İsraildəki səfiri Yevgen Korniyçuk "The Times of Israel”ə deyib.

"Əgər biz İrandan məhsul almağa başlasaq, bu, İsrailin xoşuna gəlməyəcək. Biz bunu etmirik və düşünürük ki, eyni məsələni Rusiya mövzusunda İsraildən xahiş edə bilərik”, - səfir bildirib.

Diplomat qeyd edib ki, İsrail Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Gömrük Xidməti də İsrail limanında lövbər salan Rusiyaya məxsus gəminin oğurlanmış Ukrayna taxılı ilə yükləndiyindən xəbərdardır: "Onlar ən azı bunu növbəti bir məlumat alana qədər gecikdirə bilərdilər, amma bunu etmədilər”.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa israilli həmkarı Gideon Saarla telefon danışığında bu məsələni qaldırıb. O, Ukraynanın oğurlanmış taxılının qanunsuz ixracının qəbuledilməz olduğunu vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ