Rusiyanın Sevastopol şəhərində "Sevastopolun müdafiəsi 1854-55-ci illər" panorama binasına Ukrayna Silahlı Qüvvələrinin tərəfindən PUA (pilotsuz uçuş aparatı - dron) hücumu olub.
Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev öz "Telegram" kanalında məlumat verib.
Məlumata görə, şəhərin əsas tarixi simvollarından biri olan muzey binasına dron dəydikdən sonra damında yanğın baş verib. Yanğına yüksək, 4-cü dərəcə təyin edilib.

Mixail Razvojayevin sözlərinə görə, "Sevastopolun müdafiəsi 1854-55-ci iilər" panoraması PUA zərbəsi nəticəsində faktiki olaraq məhv edilib.
Qeyd edilir ki, hadisə yerində 83 nəfər və 22 texnika işləyir.









