RU
Ukraynada azərbaycanlı rüşvətə görə məhkəməyə düşdü
13:58
362

Ukraynada azərbaycanlı rüşvətə görə məhkəməyə düşdü

Ukraynanın Nikolayeva rayon məhkəməsi rüşvət verməkdə ittiham olunan 46 yaşlı Azərbaycan vətəndaşı ilə bağlı cinayət işinin baxışını davam etdirir. 

7News.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, istintaq məlumatlarına əsasən, müttəhim polis əməkdaşına 5 min dollar verib. O da öz növbəsində bu pulu prokurorluğun müstəntiqinə çatdırmalı idi. 

Məhkəmə faktla bağlı video və audio faylları nəzərdən keçirib. Məhkəmə iclası noyabrın 21-dək təxirə salınıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ