Ukraynada daha bir əcnəbi jurnalist həlak olub.
Luqansk vilayətində təxliyyə zamanı Rusiya hərbçiləri BFMTV-nin fransız jurnalisti Frederik Leklerk İmhoffun da içində olduğu zirehli maşını atəşə tutub.
Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
"Zirehli evakuasiya maşını bölgədən 10 nəfəri götürmək niyyətində idi və atəşə məruz qalıb. Mərmi qəlpələri maşının zirehini deşib, akkreditə olunmuş fransız jurnalist təxliyyə ilə bağlı süjet hazırlayarkən boyun nahiyəsindən ölümcül yara alıb. Biz təxliyyəni rəsmən dayandırırıq”.
Rusiyanın işğalı başlayandan bəri Ukraynada azı 20 jurnalisti ölüb. . Bunlar yalnız Ukrayna Baş Prokurorluğu tərəfindən ölümünü təsdiqləyənlərdir.
Ölənlərdən biri "The Insider" jurnalının jurnalisti Oksana Baulinadır. O, redaksiya tapşırığını yerinə yetirərkən Kiyevdə atəşə tutulub. Oksana rus qoşunlarının paytaxtın Podolski rayonunu atəşə tutmasından sonra dağıntıları lentə alıb və yeni raket atəşinə tutulub. Onunla birlikdə daha bir mülki şəxs həlak olub (adı açıqlanmır), onu müşayiət edən iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Fransa Xİn-in rəhbəru bu gün Ukraynada səfərdədir./yenisabah
7NEWS.Az








