RU
Ukraynada İran PUA-sı vurulub - İddia
20:20
274

Ukraynada İran PUA-sı vurulub - İddia

Ukrayna hərbi rəsmiləri sentyabrın 13-də Kupyansk şəhəri yaxınlığındakı cəbhə xəttində ilk dəfə olaraq İrana məxsus "Şahid 136” kamikadze təyyarəsini vurduqlarını açıqlayıblar.

Bu barədə Ukrayna ordusuna bağlı bir hərbi sayt məlumat yayıb.

Vurulan pilotsuz təyyarənin bir parçası - qanadının görüntüsü dərc edilib. Ukrayna ordusunun rəsmisi də bu xəbəri təsdiqləyib və fotoda əks olunan "M214 Geran-2” PUA-sının Rusiyanın silahlı qüvvələrində qeydiyyata alınmadığını bildirib. O, PUA-nın İran istehsalı olduğunu iddia edib./yenisabah
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ