Ukrayna ordusu ölkənin cənubunda Rusiyaya məxsus 4 silah anbarını məhv edib.
Bu barədə Cənub ordu Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Cənub istiqamətində döyüşlər zamanı Rusiya ordusuna aid 2 tank, 1 YARS, 16 avtomobil texnikası, 1 özüyeriyən artilleriya qurğusu və 4 silah anbarı məhv edilib. Toqquşmalar zamanı 48 rusiyalı hərbçi öldürülüb.
01.52
Ukraynanın zenit-raket qoşunları Rusiyaya məxsus 2 "Ka-52” helikopterini vurub.
Bu barədə Ukrayna HHQ komandanlığı məlumat yayıb. Helikopterlər Xerson istiqamətində vurulub./apa
7NEWS.Az








