RU
Ukraynada yüzlərlə insan peyvənd məcburiyyətinə etiraz etdi
18:00
169

Ukraynada yüzlərlə insan peyvənd məcburiyyətinə etiraz etdi

Ukraynada yüzlərlə insan hökumətin peyvənd məcburiyyətini dayandırması tələbilə etiraz aksiyası keçirib.

7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, etirazçılar Ali Radanın binası yaxınlığındakı meydana yığışıb.

Onlar karantin qaydalarının ləğvini və peyvənd məcburiyyətinin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, Ukraynada son sutkada 23 393 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər isə ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ