RU
lombard
Ukraynalı deputat: “Azərbaycanın təcrübəsi indi bizim üçün çox maraqlıdır”
17:20
1365

Ukraynalı deputat: “Azərbaycanın təcrübəsi indi bizim üçün çox maraqlıdır”

"Türkiyə və Azərbaycan Ukraynanın strateji tərəfdaşlarıdır”.

Bunu Ukrayna Ali Radasının insan hüquqları, müvəqqəti işğal edilmiş ərazilərin deokupasiyası və reinteqrasiyası Komitəsinin sədr müavini Nelli Yakovleva Caliber.Az-a müsahibəsində deyib.

O, Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər üzrə naziri Aleksey Reznikovun Azərbaycana səfərini faydalı hesab edir:

 

"Azərbaycanın ölkəsinin ərazi bütövlüyünü bərpa etmək təcrübəsi bizim üçün çox maraqlıdır və Aleksey Reznikovun səfəri çox faydalı olacaq. Qarabağdakı münaqişə uzun müddət dondurulmuş hesab edildi. Ancaq 2020- ci ildə hər şey dəyişdi. Biz də ərazi bütövlüyünün bərpası üçün çalışmalıyıq”.

Yakovleva Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfərindən də bəhs edib:

"Hesab edirəm ki, Prezident Vladimir Zelenskinin Türkiyəyə səfərində Krım məsələsi vurğulanacaq, çünki Türkiyə həmişə bizim Krım tatarlarına kömək edib”.

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ