RU
Ukraynalı hərbçilər təlim keçmək üçün İspaniyaya gediblər
12:20
104

Ukraynalı hərbçilər təlim keçmək üçün İspaniyaya gediblər

Ukrayna ordusunun hərbçiləri təlim keçmək üçün İspaniyaya gediblər.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının hərbi yardımı çərçivəsində baş tutan təlimdə 225 nəfər iştirak edir.

Onlar paytaxt Madrid yaxınlığındakı hərbi-hava bazasında təlim keçirlər.

Hazırlıqlar çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 20 döyüşçüsü Hawk hava hücumundan müdafiə sistemlərini idarə etməyi öyrənəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ