Ukraynanın işğal altındakı 4 vilayətində Rusiya Federasiyasına birləşmək barədə referendum keçiriləcək.
Xersondakı işğalçı rejimin qubernatoru Vladimir Saldo vilayətdə 23-27 sentyabr aralığında Rusiyaya birləşməklə bağlı referendum keçiriləcəyini söyləyib.
Analoji referendumun Zaporojye vilayətində, Luqansk və Donetsk vilayətlərində yaradıllmış separatçı "DXR" və "LXR"də keçiriləcəyi açıqlanmışdı.
15:49
Qondarma "Luqansk Xalq Respublikası”nın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək.
Bu barədə qondarma "LXR”in lideri Leonid Paseçnik bildirib.
Onun sözlərinə görə, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.
"Donetsk Xalq Respublikası" separatçıları da Rusiyaya birləşmək üçün referendum təyin edib. Belə ki, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək./apa
7NEWS.Az








