Ukraynanın ABŞ-dakı sabiq səfiri Olqa Stefanişina barəsində 6 milyon qrivna (144 min dollar) məbləğində girov qətimkan tədbiri seçilib.
Bu barədə "Suspilne” məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Stefanişina Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) çağırışı ilə istintaqa gəlməli, yaşayış yerini dəyişdiyi təqdirdə, məlumat verməli və iş üzrə şahidlərlə ünsiyyətdə olmamalıdır.
Olqa Stefanişina qanunsuz varlanma və gəlirlər barədə bəyannamədə həqiqətə uyğun olmayan məlumat təqdim etməkdə şübhəli bilinir.
İstintaqın versiyasına görə, o, Kiyevdə yerləşən iki mənzili, həmin mənzillərin təmiri ilə bağlı xərcləri, kirayə mənzil haqqını, "Mercedes-Benz” markalı avtomobildən istifadəni, eləcə də aviabiletlərin və anasının müalicəsinin ödənişini gəlir bəyannaməsində göstərməyib.








