RU
Ukraynanın Belqorodda sərnişin avtobusuna PUA hücumu nəticəsində 19 nəfər yaralanıb
12:00
23

Ukraynanın Belqorodda sərnişin avtobusuna PUA hücumu nəticəsində 19 nəfər yaralanıb

Rusiyanın Belqorod vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalması nəticəsində 19 nəfər sərnişin yaralanıb.

Bu barədə vilayət qubernatoru Aleksandr Şuvayevin məlumat yayıb.

Qubernatorun bildirdiyinə görə, hadisə bu gün səhər saatlarında Şebekino şəhərində baş verib. Onun sözlərinə görə, Ukraynanın hücumunun hədəfi marşrut avtobusu olub.

İlkin məlumata əsasən, 15 nəfər qəlpə yaraları, daha 3 nəfər isə partlayış dalğasının təsiri nəticəsində akubarotravma alıb.

Həkimlər 6 yaralının vəziyyətini ağır qiymətləndirirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ