Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko istefa ərizəsi yazdığını elan edib.
7NEWS.Az "TASS”a istinadən xəbər verir ki, Ali Rada nazirin istefa ərizəsini nəzərdən keçirəcək.
Nazir qeyd edib ki, istefa verməsinə səbəb ölkə rəhbərliyinin nazirliyin tərkibində olan Kino məsələləri üzrə Dövlət Agentliyinin Nazirlər Kabinetinin tabeliyinə verilməsi barədə qərarı ilə razı olmamasıdır.
Qeyd edək ki, Tkaçenko 2020-ci il iyulun 4-dən etibarən Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edib.
7NEWS.Az








