Ukraynanın Rivne şəhərində təhsil müəssisəsinin binasına edilən hücum nəticəsində yaralananların sayı 14-ə çatıb.
Bu barədə "Ukraynskaya Pravda" Rivne vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Kovala istinadən məlumat yayıb.
Bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə orta ağırdır.
Hücum nəticəsində təhsil müəssisəsinin binasının ikinci mərtəbəsinə və fasadının bir hissəsinə ziyan dəyib. Yanğın lokallaşdırılıb.
Hadisə yerində müvafiq xidmətlərin əməkdaşları işləyir.








