Səbail rayonunun bəzi ərazilərində su təchizatında yaranan müvəqqəti fasilə aradan qaldırılıb.
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar oktyabrın 12-də gecə saatlarında yaranan fasilə səhər saatlarından etibarən aradan qaldırılıb.
Hazırda abonentlərin su təchizatı əvvəlki rejimdə həyata keçirilir.








