Qırğız yazıçısı Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın keçmiş əri Sırqak Kenjebayev ölkə xaricində saxlanılıb və Bişkekə gətirilib.
Bu barədə "Sputnik Qırğızıstan" nəşri məlumat verib.


Məlumata görə, Sırqak Kenjebayev 150 000 dollarlıq dələduzluqda şübhəli bilinir. O, daha əvvəl axtarışa verilmişdi.
Qırğızıstan Daxili İşlər Nazirliyi qeyd edib ki, Şirin Aytmatovanın keçmiş əri xaricdə olarkən sosial şəbəkələrdə təxribat xarakterli materiallar dərc edib və Qırğızıstanda mitinqlərə və kütləvi iğtişaşlara, ardınca isə hakimiyyəti ələ keçirməyə çağırıb.
Kenjebayevə qarşı "Kütləvi iğtişaşlar" maddəsi üzrə cinayət işi açılıb. Hazırda o, Bişkek Daxili İşlər Baş İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.








